Maraqlı

Mini LED displeyli IPad və MacBook Pro

10 Dekabr 2019 07:11
0 Şərh     Baxış: 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple ilə bağlı dəqiq proqnozları ilə məşhur olan analitik Ming-Chi Kuonun sözlərinə görə Apple, Mini-LED ekran texnologiyası ilə iPad və MacBook Pro modellərinin üzərində işləyir. Paylaşılan məlumata görə, yeni iPad və MacBook Pro modelləri 2020-ci ilin son aylarında mövcud təqdim edilə bilər.

Milli.Az techland.az-a istinadən bildirir ki, Ming-Chi Kuo əvvəllər də Apple-ın noutbukları və tabletləri üçün yeni ekran texnologiyası üzərində işlədiyini iddia etmişdi. Lakin göstərilən ekran texnologiyası ilə modellərin 2021-ci ildə təqdim edilməsi gözlənilir.

Kuo-nun paylaşdığı məlumata görə, 2020-ci ilin üçüncü rübündə təqdim edilməsi gözlənilən iPad Pro modelində A14X prosessorundan istifadə ediləcəkdir. 16 düymlük yeni MacBook Pro-nun isə 2020-ci ilin dördüncü rübündə təqdim ediləcəyi gözlənilir. OLED ekran texnologiyası ilə oxşar üstünlüklərə sahib olacaq mini-LED ekran texnologiyası, OLED panellərindən fərqli olaraq ekran yanmasına davamlı olacaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.