Maraqlı

Yeni dizaynla Xiaomi Mi Mix 4

10 Dekabr 2019 07:21
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur slashleaks sızma saytında nəşr olunan görüntünün Mi Mix 4-ə məxsus olduğu təxmin edildi. Telefonda şəlalə ekran strukturunda ən əhəmiyyətli inkişaf, şübhəsiz ki, ekranın altındakı kamera texnologiyasıdır.

Milli.Az techland.az-a istinadən bildirir ki, OPPO və Xiaomi-nin ekran altı kamera texnologiyasında aparıcı istehsalçıları olduğu hər kəsə bəllidir. Şirkətlər bu texnologiyanı istifadə edəcəklərini paylaşıblar, amma indiyə qədər dəqiq bir tarix verməkdən imtina ediblər.

Mi Mix 4-ün son görüntüsünü paylaşan saytda, telefonun bəzi funksiyaları barədə məlumat da yazılıb. Göründüyü kimi bir dizayn və texniki xüsusiyyətlərlə həqiqətən bazara daxil olarsa, Mi Mix 4-ün özünə məxsus yer tutacağı qaçınılmazdır. Bəs bu telefonda hansı xüsusiyyətlər olacaq?

Quad HD + sahib OLED ekran, 60, 90 və ya 120 Hz yeniləmə sürəti
Qualcomm Snapdraogn 855 Plus prosessor
12 megapiksel və 2 meqapikselli ön kamera
108 megapiksel, 20 meqapiksel, 12 və 5 meqapikselli dördlü arxa kamera
UFS 3.0 yaddaş, stereo dinamika

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.