Maraqlı

Startaplar hansı intervalla məhsul çıxarmalıdır?

10 Dekabr 2019 08:31
0 Şərh     Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Startapların üzləşdiyi qərarların əksəriyyəti konkret olmur. Hansı intervalla məhsul çıxarmalıyıq? Gündəlik, rüblük və ya illikdən daha çox həftəlik məhsul çıxarmağımızın hansı səbəbi var?

Milli.Az techland.az-a istinadən bildirir ki, məhsulun bazara çıxarılması baha başa gəlir və buna görə də məhsuldarlıq baxımından tez-tez məhsul çıxarmaq məhsulu hazırlamaq üçün ayrılan vaxtın azalmasına səbəb olur. Lakin məhsulu çıxarmaq üçün lazım olandan çox gözləmək də israfçılıqla - heç kimin istəmədiyi bir şey hazırlamaqla nəticələnə bilər.

Uğur qazanmaq üçün şirkətlər başlanğıcda infrastruktur və planlaşdırmaya nə qədər vaxt və enerji sərf etməlidir? Lazım olandan çox sərf edilsə, öyrənməyə ayıra biləcəyiniz dəyərli zamanı itirmiş olarsınız. Lazım olandan az xərcləsəniz, ilk uğurun gətirəcəyi fürssəti qaçırmış və bazar liderliyini sizi izləyən sürətli bir şirkətə uduzmuş olarsınız.

İşçilər öz günlərini nə ilə məşğul olmağa sərf etməlidir? İnsanları təşkilat səviyyəsində öyrənməyə necə cavabdeh tutmaq olar? Ənənəvi departamentlər stimulverici strukturlar yaratmaqla insanları marketinq, satış və məhsul inkişaf etdirmə bacarıqlarını təkmilləşdirməyə fokuslayır. Lakin şirkətin ən böyük maraqlarına kross-funksional əməkdaşlıqlar xidmət edirsə, onda necə olar? Startaplara onların ən başlıca düşməni olan böyük qeyri-müəyyənlikləri dəf edən təşkilati strukturlar lazımdır.

Startaplar böyüyüb oturuşmuş şirkətlərə çevrildikcə, hazırkı böyük şirkətlərin inqilabi innovasiyaya investisiya yatırmasını qaçılmaz edən təzyiqlə üzləşirlər. Əslində isə uğurlu startapın sürətlə böyüməsinin üstünlüyünün, - hətta şirkət getdikcə böyüsə də, - DNT-sini qoruya bilməsi olduğunu görəcəyik. Hazırkı şirkətlər davamlı və inqilabi innovasiyadan ibarət bir idarəetmə portfelinə sahib olmağı öyrənməlidir. Startapların bircə-bircə müstəqil fazalardan keçdiyini nəzərdə tutan baxışlar artıq köhnəlib. Əksinə, müasir şirkətlər eyni vaxtda bir çox fərqli işləri görməyi bacarmalıdır. Bunları bacarmaq üçün oturuşmuş şirkət daxilində innovasiya konadalarının inkubasiyası texnikalarını öyrənmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.