Huawei və Apple arasında rəqabət kateqoriyasına planşet də daxil ola bilər. Apple bu sahədə birinci yerdə olmasına baxmayaraq Huawei-nin smartfonlar dünyasında qazandığı uğuru planşet kateqoriyasında da qazana bilər.
Milli.Az techland.az-a istinadən bildirir ki, Huawei, noyabr ayının əvvəlində MatePad Pro adlı yeni bir tablet təqdim etmişdi. Qələm və klaviatura dəstəyi olan iPad Pro-dan ilhamlanaraq hazırlanmış planşet, gələcəkdə iPad seriyasına başağrısı edə bilər.
Jurnalistlərlə söhbətində Huawei şirkətinin CEO-su Yu Chengdong, MatePad Pro-nun yeni versiyalarının müxtəlif ölçülərdə hazırladıqlarını bildirib. CEO, planşetin ölçüsünün böyüməsi və istifadə olunan bahalı ekran ilə planşetlərdəki qiymətlərin artacağını söyləyib.
MatePad-in qiyməti isə ekran ölçülərindən asılı olaraq 469$ və 852$ olaraq təyin edilib.
Milli.Az