Maraqlı

Jaguar XJ sedanı ilə vidalaşır

10 Dekabr 2019 08:35
0 Şərh     Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngilis istehsalçıları XJ Collection Special Edition adlı yeni xüsusi versiyanın meydana çıxması ilə əlaqədar Jaguar XJ sedan xəttinin buraxılışını başa çatdırmaq niyyətindədirlər.

Milli.Az ted.az-a istinadən bildirir ki, markanın nümayəndələri qeyd etməyə tələsiblər ki, yenilik cəmi 300 nüsxə məhdud tirajla təklif olunacaq. Texnikanın satışı yalnız Amerika bazarında və 85 min dollardan başlayan qiymətlə həyata keçiriləcək. Kapotun altında 477 at gücünə malik 5 litrlik turbinləşdirilmiş mühərrik quraşdırılıb.

Sedanın xüsusi versiyası 4,9 saniyədə 100 km-ə qədər sürət yığa bilir, maksimal sürəti isə saatda 250 km-ə bərabərdir. Kuzada əlavələr, həmçinin Britaniya sedanının limitləşdirilmiş modifikasiyasını xatırladan emblem tətbiq edəcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.