Maraqlı

Belçikalılar yaraşıqsız Yeni il yolkasını dəyişdirə biliblər

4 Dekabr 2019 22:59
1 Şərh     Baxış: 735

Belçikanın Udenaard şəhərinin sakinləri çoxdan gözlənilən yükü daşıyan maşının mərkəzi meydana daxil olduğu vaxt onun üzərində çox az rast gəlinən eybəcər bir yolka görüblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qarşılayanlar arasında olan şəhər meri də qaldırıcı kranın bu yaraşıqsız yolkanı quraşdırmaq üçün havaya qaldırdığı vaxt onu qəbul etməkdən imtina edib. Şəhər sakinləri isə öz etirazlarını hay-küylə və fit çalaraq bildiriblər. Bunu görən sürücü telefonla tədarükçü şirkətin menecerlərinə zəng vuraraq vəziyyəti izah edib. Qarşı tərəf ona yolkanı təkrarən maşına yükləməyi və bazaya qayıtmağı tapşırıb.

Tezliklə şəhər sakinləri üçün yeni yolka göndəriləcək.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ramal · 4 Dekabr 23:0812

    Salam hörmətli milli.az Mən sizin xəbərləri çox həvəslə gözləyib, yeni xəbərlər dərc olunan kimi oxuyan oxucunuzam. Xahiş edirəm "yolka" sözünü dəyişdirin. Bunun kiçik texniki bir səhv olduğunu qəbul edib düzəliş edəcəyinizə şübhə etmirəm.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.