Maraqlı

2021-ci ildə smartfonlara alternativ təqdim ediləcək

4 Dekabr 2019 12:03
0 Şərh     Baxış: 1 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır.

Milli.Az "ICTnews"a istinadən xəbər verir ki, "Qualcomm" şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.

Onun sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən "ağıllı" eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə "sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları" insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.

Kristiano Amon deyib ki, onlar smartfonları əvəz etməyəcək, amma tamamilə başqa qurğu olacaq. Belə ki, bunu eynəyin təkamülü düşünmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.