Maraqlı

İranda mobil operatorlara 90 milyon dollar zərər dəydi

5 Dekabr 2019 22:50
0 Şərh     Baxış: 1 027
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda kütləvi etirazlar zamanı mobil operatorlar internet kəsintisi ilə bağlı 90 milyon dollar zərərə uğrayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib.

İranlı Tələbələr Xəbər Agentliyinə (İSNA) müsahibəsində Cəhromi internet kəsintisi ilə əlaqədar ən böyük zərərin ticarətlərini internet üzərindən edən biznesmen və şirkətlərə dəydiyini bildirib: "Ticarət palataları və iş adamları birlikləri ilə keçiriləcək görüşlərdən sonra daha dəqiq məlumatlar əldə olunacaq".

Rabitə Tənzimləmə Təşkilatının hesabatına görə, mobil (GSM) operatorlar kəsinti ilə bağlı 90 milyon dollar zərərə uğrayıb, İran Milli Poçt Şirkətinin gündəlik gəlirləri isə 40% azalıb.

Qeyd edək ki, İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən verilən qərara əsasən, ölkədə ümumi nümayişlərin yayılmasının qarşısını almaq üçün noyabrın 16-da internet kəsilmişdi. 25 noyabrdan ölkənin bir çox yerlərində sabit internet xəttləri açılıb. Lakin mobil telefonların internet əlaqəsi paytaxt Tehranın qərb bölgələri, Xuzistan və Sistan-Bəllucistan vilayətlərində hələ təmin edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.