Maraqlı

Yenilənmiş Jaguar F-Type nümayiş etdirildi

5 Dekabr 2019 21:40
0 Şərh     Baxış: 674
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Jaguar şirkəti tezliklə F-Type adlı yenilənmiş modeli təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkətin əməkdaşları artıq bu gün təkmilləşdirilmiş modelin rəsmi debütünün keçiriləcəyi barədə xəbər verən tizer nəşr ediblər. Həmin vaxta qədər bu avtomobil haqqında heç bir məlumat açıqlanmır. Daha əvvəllər insayderlər modelin yenilənmiş salon və dəyişdirilmiş kuza aldığını bildiriblər.

İstehsalçı, həmçinin funksionallığı əhəmiyyətli dərəcədə genişləndirmək və yeni variantları əlavə etmək niyyətindədir. Əvvəllər F-Type yeniliyinin benzin mühərriklərindən məhrum ediləcəyi və bazarda elektrik icrasında təklif olunacağı barədə fikirlər də var idi. Avtomobil barədə qalan məlumatlar bugünkü təqdimatda elan ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.