Maraqlı

SMS texnologiyasının əvəzetməsi istifadəçilər üçün təhlükəlidir?

5 Dekabr 2019 08:21
0 Şərh     Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SRLabs" şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri dünyada mobil operatorlar tərəfindən "RCS" (Rich Communication Services) texnologiyasının tətbiqi ilə əlaqədar bir sıra boşluqlar aşkar ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, SİM kartların təhlilindən sonra aşkar edilmiş təhlükəsizlik səhvləri istifadəçinin yeri, onun telefon nömrəsi və ya mətn mesajlarının məzmunu haqqında informasiyanın əlçatan olmasına səbəb ola bilərdi. Bir operatorda baş vermiş hadisə zamanı məlum olub ki, istənilən proqram RCS texnologiyasının konfiqurasiya faylına müdaxilə edə və qurğu sahibinin adını, parolunu, həmçinin səs çağırışları və yazışmalarının tarixçəsini ələ keçirə bilərdi.

"RCS" - köhnə SMS texnologiyasını əvəz etmək üçün hazırlanmış yeni mesajlaşma standartıdır. Texnologiya "WhatsApp" kimi müasir messencerlərdə olduğu kimi, bir çox funksiyaları dəstəkləyir. Standartın özündə ciddi təhlükəsizlik səhvi yoxdur, problem operatorlardadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.