Maraqlı

Çində SİM kart alarkən sifətin məcburi skan edilməsi həyata keçirilir

5 Dekabr 2019 08:01
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq yeni SİM kart alıcılarının sifəti Çinin mobil operatorları tərəfindən skan edilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, belə bir addımın "yeni telefon abunəçilərinin öz adı ilə qeydiyyatdan keçməsinə, vətəndaşların kiberməkanda qanuni hüquq və maraqlarının etibarlı müdafiəsinin təmin edilməsinə, internet və telekommunikasiya saxtakarlığına qarşı effektiv mübarizə aparılmasına, telekommunikasiya şəbəkələri ilə bağlı yeni çağırışlara cavab verilməsinə" kömək edəcəyi təxmin edilir.

Bundan əvvəl Çində SİM kart alarkən vətəndaşlar məcburi surətdə şəxsiyyət vəsiqəsi və ya pasport təqdim etməli idilər. Dekabrın 1-dən etibarən isə sifətin məcburi skan edilməsi də bu tələblərə əlavə edilib. Bu, süni intellekt və başqa ən yeni texnologiyaların köməyi ilə SİM kart almaq istəyən insanın sifətini və sənəddəki şəkli müqayisə etmək üçün tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.