Maraqlı

Miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları azalır -

8 Dekabr 2019 23:45
3 Şərh     Baxış: 1 430
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri əsas ölüm səbəblərindəndir".

Bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov deyib.

O bildirib ki, respublikada ürək transplantasiyasından başqa bütün ürək qan-damar sistemi xəstəliklərinin diaqnostika və müalicə üsulları tətbiq edilir: "Ona görə də əsas ölüm səbəblərindən olan miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları ildən-ilə azalmaqdadır".

Ürək xəstəliklərinin müalicə xərclərindən danışan cəmiyyət sədri bildirib ki, müayinə, müalicə üsullarına görə qiymətlər də dəyişir: "Elə müayinə var ki qiyməti yüksəkdir, amma mütləq tətbiq olunmalıdır. Dərman müalicəsində, diaqnostikada problemimiz yoxdur. Amma müəyyən xəstəliklərin müalicəsi xərc tələb edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.