Maraqlı

Rusiyalı teleaparıcı macarları maraqlı tərzdə ələ saldı

1 Dekabr 2019 11:49
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyalı teleaparıcısı İvan Urqant Macarıstanın məşhur "Eurovision 2020" mahnı müsabiqəsində iştirakdan imtina etməsini lağa qoyub.

Milli.Az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, bu, onun "Axşam Urqant" şousu zamanı baş verib. Qeyd edək ki, macarlar yarışdan imtina etmələrinin səbəbi kimi yarışın "həddindən artıq seksuallığı" və ənənəvi ailə dəyərlərinin dəstəklənməsi ilə izah ediblər.

"Macarların dənizi belə yoxdursa, onlar niyə homoseksual donanamadan qorxurlar. Onlar düşünürlər ki, Dunaydan onların üstünə üzərində qulyaş yeyən "geyin" oturduğu qondola gəlir? Macarıstan niyə homofob ölkəyə çevrilib?

Macarıstan "Mavi Dunay" valsının və bizim arxadan mindiyimiz sevimli "İkarus" avtobuslarnın vətənidir" - deyə Urqant bildiirb.

Yumor ustasının sözlərinə görə, o macarların homofob düşüncələrə görə "Eurovision 2020"-də iştirakdan imtina etmələrini başa düşmür: "Mən bu mövqeni başa düşmürəm. Bu çox qəribədir və demək lazımdır ki, yetərincə köhnəlmiş bir mövqedir. Şəxsən mənim üçün oxuyan insanın orientasiyası maraqlı deyil. Əsas odur ki, sərxoş halda çıxış etməsin" - teleaparıcı bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.