Maraqlı

Kino dahiləri dünyanı heyrətləndirir

1 Dekabr 2019 19:10
0 Şərh     Baxış: 1 211
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci dünya müharibəsilə əlaqəli olmasına baxmayaraq müasir kinonun özülünü qoyan, peşəkarlıqla çəkilən bir sıra filmlərin sonrakı inkişaf dövrü ötən əsrin 40-cı illərindən başlamışdır. İlk növbədə çoxları üçün kino tarixində ən yaxşı kino mütəxəssisi sayılan Orson Vels və onun birinci filmi olan "Vətəndaş Keyn" ekran əsərindən danışmaq lazımdır. "Vətəndaş Keyn" necə film olub? O yaxşı filmdirmi? Onun kino dünyasına töhfəsi nədir? Bu ekran əsəri Çarlz Foster Keyn adlı mətbuat maqnatının yüksəliş və uğursuzluqlarından bəhs edir. Film o dövrdə populyar sayılan bir kinoxronika kimi başlayır və tamaşaçını baş qəhrəmanın ölümündə bir şahidə çevirir. Sonra bir müxbirin iştirakıyla baş qəhrəmanın tarixçəsini yavaş-yavaş bərpa edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Orson Vels 26 yaşında fotoqrafiya rejissoru Qreq Tolendin filmində iştirak edib. Onların kamerada geniş bucaqlı yeni linzalardan istifadə etmək qərarına gəlmişdilər. Hətta ekranda o zamana qədər görünməyən çəkilişdə məkanın, rakurs və istiqamətin seçmində yenilik etmişdilər. Yeni linzalar onlara kadrın dərinliyinə nəzarət etmək imkanı verirdi. Başqa sözlə, eyni zamanda öndə olan obyektlə arxada olan mənzərəni fokuslaya bilirdilər.

O.Velsin tətbiq etdiyi digər yenilik tavanı olan dekorasiyaların istifadəsi olub. Bu vaxta qədər Hollivudda tavanı olmayan dekorasiyalardan istifadə olunurdu. Ancaq tavansız dekorasiyalar daha yaxşı üsul sayılan işıqlandırma sisteminin qurulmasına imkan verirdi. Bunun mənfi cəhəti aşağıdan yuxarıya doğru kadrların götürülməsinin mümkün olmamasında idi. Yeniliklər sırasında qısa montaj, hərəkətdə olan qaldırıcı krandan istifadə və kadrın sonunda səsin get-gedə azalmasını qeyd etmək olar. O.Vels həmçinin hadisəni nəql edərkən fləşbəkdən də istifadə etmişdir. Ümumilikdə "Vətəndaş Keyn"dəki yeniliklər əslində ondan əvvəl də ayrı-ayrılıqda istifadə olunsa da möhtəşəm idi. O.Vels hadisəni təsvir edərkən sözügedən texnikaları bir-bilə əlaqələndirən ilk rejissor olub. Buna baxmayaraq "Vətəndaş Keyn" kassalarda uğur qazana bilməsə də kinonun sonrakı inkişafında böyük rol oynadı.

Yer kürəsinin əks tərəfində bu filmin antipodu sayılan rus rejissoru Sergey M. Eizenşteynin "İvan Qroznı" ekran əsəridir. Rusiyanın birinci çarı olan IV İvanın tərcümeyi-halı imkan verdi ki, bu istedadlı rejissor həyatında ən çox arzuladığı layihəni həyata keçirsin. Kinonu tamaşa kimi təqdim edən tendensiyalardan fərqli olaraq Eizenşteyn hər bir planı götürəndə onun bütün detallarına fikir verir, memarlığı rəssamlıqla, heykəltəraşlığı musiqi ilə uzlaşdırır, aktyorların oyununu vahid bir formada təqdim edirdi. Filmi trilogiyaya çevirmək istəyən rejissor məqsədinə çata bilmir. Onun birinci və ikinci hissəsini bitirsə də üçüncüyə başlamamış həyatını itirir. Ancaq rejissorun çəkdiyi filmdə ideya aydın idi.

Eizenşteynin üslubundan fərqli olan digər layihə Marsel Karnenin "Enfants du paradis" ekran əsəridir. Komediya aktyorları ilə cinayətkarlar arasında olan sevgi əhvalatlarından bəhs edən bu film çoxları tərəfindən Fransa kinosu tarixində ən yaxşı əsər hesab olunurdu. Özündə poetik realizm ünsürlərini daşıyan bu lentin çəkilişləri üç ilə tamamlanıb. Belə ki, filmi reallaşdırmaq üçün Fransanı XIX əsrə qaytarmaqdan ötrü milyonlar sərf edərək çoxlu sayda dekorasiyalar hazırlamaq lazım gəlib. Bu filmin premyerası Fransanın azad edilməsindən sonra nümayiş olunan ilk ekran əsəri idi.

Daha az büdcəli "Qısa görüş" tammetrajlı filmi isə sadə və hissiyat dolu ekran əsəri kimi klassik romantik filmlər sırasında birincilərdən olur. Devid Linin reallaşdırdığı bu film Raxmaninovun piano üçün yazılmış ikinci konsertin sədaları altında qatar stansiyalarının birində tanış olan iki gənc arasında alovlanan bir məhəbbət macərasından bəhs edir.

Əlbəttə, Vels, Eizenşteyn, Karne və haqqında danışmadığımız digər kino mütəxəssisləri istedad baxımından geridə qalmasalar da, 1940-cı illərdə yaranan texnoloji yeniliklərin də dəyərini unutmaq olmaz. 1920-ci illərdə səs gəlişi ilə kinoda inqilab yaratsa da rəngli kinolentin kütləvi istifadəsi kino sənayesini də geniş mənada dəyişdi. Burada işıqlandırma, dekorasiya və geyim işindəki irəlləyişləri də unutmaq olmaz. Çəkiliş zamanı operatora sərbəstlik verən yüngül kameralar o dövrə qədər mövcud deyildi. Sterio səs və çəkilişdə tətbiq olunan digər yeniliklər kino sənayesini məcbur etdi ki, daima inkişafda olsun.

Yeniliklərdən ən çox Amerikada istifadə olunurdu. Şübhəsiz, Avropanın geridə qalmasına ən başlıca səbəb müharibə idi. Amma nəhəng studiyaların sistemi saat kimi işləyirdi. Bu səbəbdən də Hollivud arzularını gerçəkləşdirə bildi. "Filadelfianın məhəbbət tarixçəsi", "Mənim yaşıl vadim necə də yaşıldır!", "Güclülərin ehtirası", "Yaşamaq necə də gözəldir!", "Xatırla", "Günəş altında duel", "Bizim həyatın ən yaxşı anları", "Məğlubedilməzlər", "Nyu- Yorkda bir gün", "Vinçester 73", "Şahin və ox", "Arzu adlı tramvay", "Allahların qürubu", "Afrika kraliçası" və "Yağış altında oxumaq" kimi filmlər uzun zaman ekranlardan düşmədi...

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.