Maraqlı

Avropada satılan Honda Civic də yenilənib - FOTO

14 Dekabr 2019 20:30
0 Şərh     Baxış: 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada satılan Honda Civic modelinin ardınca Avropa bazarı üçün nəzərdə tutulan modelin də yenilənməsi baş tutub. Avropada satılan hetçbek də, okeanın o tayındakı qardaşı kimi xırda dəyişikliklərə məruz qalıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, zahiri cəhətdən yenilənmiş hetçbeki təkmilləşdirilmiş bamperləri, yeni dizayna malik olan təkər diskləri, kuzovun yeni Blue Obsidien rəngi və yenilənmiş optika sayəsində ayırd etmək olar. İşıq texnikası əvvəlki formalarını qoruyub-saxlasa da, tamamilə işıqdiodlarından hazırlanıblar. Bu, Avropada satılan bütün təchizat səviyyələrinə aiddir. Xatırladaq ki, LED optika Şimali Amerikada yalnız modelin ən bahalı versiyalarında quraşdırılır.

Yenilənmiş Civic modelinin interyerində keyfiyyəti yaxşılaşdırılmış tərtibat materiallarından istifadə edilir. Bundan başqa, multimedia sisteminin interfeysi yenidən işlənib. Nəhayət, sürücü kreslosanı səkkiz istiqamətdə elektrik tənzimlənməsi ilə təchiz etmək olar.

Avropada satılan modelin mühərrik çeşidi dəyişilməz qalıb. Hetçbek 126 at qüvvəli 1,0-litrlik və 182 at qüvvəli 1,5-litrlik benzin turbomühərrikləri, həmçinin 120 at qüvvəsi hasil edən 1,6-litrlik dizel aqreqatı ilə təklif edilir. Yenilənmiş hetçbekin satışlarına gələn ilin yanvarında başlanacaqdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.