Maraqlı

GLE və GLS modellərinin ən güclü versiyaları təqdim edilib - FOTO

12 Dekabr 2019 23:30
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mercedes-Benz şirkəti Los Anceles avtosalonuna GLE və GLS krossoverilərinin ən güclü və yeyin versiyalarını gətirib. Məlum məsələdir ki, hər iki krossover 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir.

Mercedes-AMG GLE 63 modelində bu mühərrik 571 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir. GLE 63 S indeksli ofrouder isə 612 at qüvvəsinə və 850 Nm fırlanma anına, həmçinin güc aqreqatının aktiv hidravlik dayaqlarına sahib olub.  Daha iri Mercedes-AMG GLS 63 isə yeganə variantda təklif olunsa da, onun mühərrikinin gücü 612 at qüvvəsi, fırlanma anı isə 850 Nm təşkil edir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, səkkiz silindrli biturbomühərriki silindrlərinin yarısının söndürülməsi sisteminə malikdir. Bundan başqa, GLE və GLS modellərində quraşdırılan mühərrik ilk dəfə olaraq EQ Boost hibrid sistemi ilə təchiz edilib. Hibrid sistem dirsəkli valın ucunda yerləşdirilən və 48-voltluq şəbəkədən qidalanan startyor-generatordan ibarətdir. Hibrid əlavə 22 at qüvvəsi və 250 Nm hasil edir və sürətlənmənin ilk anlarında yardım edir və start-stop sisteminin işinə cavabdehdir.

"Bərkgedən" krossoverlər 9-pilləli AMG Speedshift TCT 9G (Torque Converter Transmission) "avtomatı", ön oxu qoşan çoxdiskli muftası olan 4Matic+ tam ötürməsi  və arxa differesnsialın elektron qapanması ilə təchiz edilirlər. Krossoverlər öndə 6-porşenli bərkidilmiş pərçimləri və 400 mm diski, arxada isə bir porşenli "üzən" pərçimi və 370 mm diski olan əyləc mexanizmləri ilə təchiz edilirlər. Əlavə ödənişlə karbon-saxsı mexanizmlərini də sifariş etmək olar.

GLE 63 və GLS 63 modelləri standart olaraq AMG Ride Control + pnevmatik asıqı sistemi ilə təchiz edilirlər. Asqı sistemi idman rejimində kuzovu 10 mm aşağı salır, yolsuzluğa girdikdə isə 55 mm qaldırır. Qabaqcıl AMG Active Ride Control sistemi isə opsional avadanlıq siyahısına daxil edilib. "Bərkgedən" krossoverlər hərəkət elektronikasının altı rejiminə malikdirlər: Comfort, Sport, Sport+, Individual, Trail və Sand. Bundan başqa, GLE 63 S modifikasiyası ekstremal Race rejiminə də sahib olub.

Mercedes-AMG GLE 63 S 100 km/saat həddinə 3,8 saniyəyə sürətlənir. Krossoverin maksimal sürəti elektronika tərəfindən 280 km/saat həddində məhdudlaşdırılıb. Mercedes-AMG GLE 63 bu işə 4,0 saniyəyə, GLS 63 isə 4,2 saniyəyə sürətlənir. Hər iki modelin maksimal sürəti 250 km/saat həddində məhdudlaşdırılıb. AMG Driver's Package dəstini sifariş etdikdə bu həddi 280 km/saata qədər çəkmək olar.  

Vizual olaraq, 63 indeksli modellər AMG radiator barmaqlığı, iri hava girişləri və buraxılış sisteminin çıxış boruları ilə seçilir. GLE 63 modeli 20-22 düym, GLS 63 isə 21-23 düym arasında ölçülərə malik olan təkər diskləri ilə təklif edilir. Salonda idman sükan çarxını, dekoru və virtual cihazlar panelinin yeni qrafikasını görmək olar. MBUX mediasistemi AMG Track Pace telemetriya sisteminə sahib olub.

"Bərkgedən" krossoverlər satışa gələn ilin yazında çıxacaqdırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.