Maraqlı

Vaxtından əvvəl ölüm riskini azaltmağın yolu

7 Dekabr 2019 19:55
0 Şərh     Baxış: 795
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər hansı diapazonda və müddətdə qaçmaq vaxtından əvvəl ölüm riskini azaldır.

Avstraliya alimlərinin "British Journal of Sports Medicine" jurnalında dərc etdikləri xəbərdə bildirilir ki, 14  tədqiqatın  nəticələrinin təhlilinə əsasən, hər hansı diapazonda və müddətdə qaçmağın vaxtından əvvəl ölüm riskini azaltdığı məlum olub.

Bu nəticəyə ABŞ, Böyük Britaniya, Çin, Danimarka, Avstraliya, Finlandiya və Taylanddan ümumilikdə 232149 nəfərin qatıldığı tədqiqat hesabatları araşdırdıqdan sonra gəlinib.

Hər hansı bir məsafəni qət edən insanlarda ölüm riski digərləri ilə müqayisədə 27% aşağı olub. Qaçış eyni zamanda ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskini müvafiq olaraq 30%, 23% azaldır.

İndiyə kimi fiziki cəhətdən hərəkətsiz insanların birdən-birə qaçması, güclü məşqlərin ürək çatışmazlığı olanlarda qəfil ölümə səbəb olduğu qəbul olunsa da, avstraliyalı alimlər qaçışın faydasının riskdən üstün olduğunu bəyan edirlər.

Amma alimlər hesab edir ki, hər bir yanaşma fərdidir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə görə, 18-64 yaşlı şəxslər hər həftə 150 ​​dəqiqə yüngül və ya 75 dəqiqə güclü məşq etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.