Maraqlı

Bu infeksiyanı müalicə etmək lazımdır, yoxsa..?

7 Dekabr 2019 21:50
0 Şərh     Baxış: 1 004
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İmmunoqlobulinlər mövzusunda biliksiz valideynləri qınamıram, çünki tibbi bütün detallarda bilmək onların işi deyil. Lakin bəzi həkimlərin savadsızlığı məni sözün əsl mənasında bezdirib".

Bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb.

Milli.Az e-tibb.az-a istinadən mütəxəssisin insan bədəninə daxil olan infeksiyaya cavab olaraq əmələ gələn anticismlər haqqında məqaləsini təqdim edir:

Hamilələrin qanında G tipli immunoqlobulin (İgG) tapmaqla onların müalicə edilməsi, yaxud uşaqlarda qurdlara qarşı İgG tapıb onların (bəzən illərlə) qurdlara qarşı müalicə edilməsi o qədər geniş yayılıb ki, bu mövzuda artıq bir aydınlıq gətirməyim mütləqdir.

Hər kəsin dilinin əzbərinə çevrilmiş immunoqlobulinlər nədir? Hansı növləri var? Ən əsası isə, nə zaman və hansı nəticələr önəmlidir?

Hansı hallarda bu infeksiyanı müalicə etmək lazımdır, hansı hallarda isə heç nə etmək lazım deyil?

İnsanın bədənində anticism mövcudluğu infeksiya varlığına işarət etmir!

Hər şey bu cür başlayır:

Həkim Sizi "infeksiyanı aşkar etmək üçün" qanın müayinəsinə yollayır. Bu analizləri müxtəlif səbəblərdən təyin edirlər. Adətən öncə Sizi G tipli (bəzən elə təkcə onları) immunoqlobulinləri (anticismləri) müəyyən etmək üçün analiz verməyə göndərirlər.

G tipli immunoqlobulinlər nədir?

İlk sözüm budur ki, dünyada heç bir insan steril deyil. Onun bədənində bir yığın mikroorqanizm yaşayır. Onların içində həm xeyirli, həm zərərli olanları var. Lakin bəziləri şərti patogen olurlar - yəni miqdarca az ikən bir zərər verməzlər, lakin çoxaldığı zaman zərərli olmağa başlayırlar. Beləliklə, İgG təyini ilə biz bir insanın orqanizminin (immun sistemin) bu və ya digər mikroorqanizmə (infeksiya ilə - virus, bakteriya, ibtidai, helmint) yoluxması baş verib vermədiyini təyin edirik.

Yəni İgG təyini bizə hazırda bədəndə infeksiyanın olub olmadığını deyil, həmin infeksiya ilə nə vaxtsa kontaktı olub olmadığını göstərir! Dediyimiz bu kontakt isə iki həftə öncə yaxud hətta 20 il əvvəl baş vermiş ola bilər. Bütün bu hallarda qanda məhz İgG təyin ediləcək.

Bir daha təkrar edirəm, qanda G tipli immunoqlobulin təyini insanın immunitetinin müəyyən infeksiya ilə nə vaxtsa kontaktı olub olmadığını bildirir.

Misal üçün, qan analizini vermisiniz, sizin sitomeqalovirus (yaxud toksoplazma, mikoplazma, Epşteyn-Barr virusu, herpes, ureaplazma, qızılca, hepatit B və C, xlamidiya, vərəm, trixomonada və s. - fərq etməz) infeksiyasına qarşı qanınızda G tipli immunoqlobulin mövcud olduğu aşkarlanıb.

Laborator nəticələr belə yazılıb:

İgG CMV - 8,2 - (norma <1).

Təəssüf ki, bəzən məsələnin gedişatı "Bu ki, fəlakətdir! Normadan 8 dəfə çoxdur! Təcili müalicə etmək lazımdır!" kimi cəfəngiyat yönündə olur.

Xeyir, heç bir müalicə lazım deyil!

Qanda hər hansı infeksiyaya qarşı İgG müəyyən edilməsi həmin infeksiyanın müalicəsinə göstəriş deyil. İnsanın orqanizmi infeksiya ilə qarşılaşdıqda ilk olaraq M tipli immunoqlobulinlər (İgM) istehsal edilməyə başlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.