Maraqlı

Qızartma yeməklər üçün hansı yağ daha xeyirlidir?

7 Dekabr 2019 20:10
0 Şərh     Baxış: 1 836
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qızartma yeməklərin sağlamlıq üçün faydalı olmadığı hər zaman bəyan edilsə də, müasir dövrdə bu qidaların populyarlığını nəzərə alan həkimlər, yeməkləri hansı yağla qızartmağın daha faydalı ola biləcəyini araşdırıblar.   

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, qızartma yeməyin zərərini azaltmaq üçün yağ seçimini diqqətlə nəzərdən keçirmək lazımdır. Hesab olunur ki, ənənəvi günəbaxan yağları sağlamlıq üçün ən yaxşı seçim deyil.

Mütəxəssislər qızartma yeməklər üçün aşağıdakı üç variantdan birini seçməyi məsləhət görürlər:

1. Avokado yağı. Hipertoniya və ürək-damar sistemi xəstəliklərinin qarşısının almaq üçün mükəmməl yağ sayılır. Bundan əlavə, avokado yağı iltihabi proseslərin inkişafına mane olur.

2. Kokos yağı. Digər yağlardan daha az oksidləşməyə həssasdır, bu da uğurlu bir seçim ola bilər.

3. Zeytun yağı. Zeytun yağının istifadəsinin faydaları elmi olaraq sübut edilib. Mütəxəssislər bunu əsas yağ kimi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.