Maraqlı

Spirtli içkinin şirniyyatla qəbulu ən çox bu orqanı zədələyir

7 Dekabr 2019 19:10
0 Şərh     Baxış: 923
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alkoqolla birgə şirniyyat yemək mədəaltı vəzi üçün  ikiqat zərərlidir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan mütəxəssislər bunu şəkərin enerjili olması baxımından spirtlə müqayisədə orqanizm üçün daha sərfəli olması ilə izah edirlər. Orqanizm əvvəlcə şirniyyatı, sonra alkoqolu emal etdiyi üçün tam parçalanmamış alkoqol bədəndə daha uzun müddət qalır və intoksikasiya daha güclü olur. Bundan əlavə, tort və şokoladlar da spirtlə birlikdə mədəaltı vəzini çox yükləyir. Mədədən "çıxdıqdan" sonra alkoqolun yarısı qaraciyərə, yarısı mədəaltı vəziyə "tökülür". Qaraciyərin alkoqolu zərərsizləşdirmək funksiyası olsa da, mədəaltı vəzinin bu funksiyası olmadığı üçün ona daha çox yük düşür və daha çox zədələnir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.