Maraqlı

Stereotipləri qıraraq geyinin - Dəbli OFİS STİLLƏRİ - FOTO

2 Dekabr 2019 01:30
0 Şərh     Baxış: 1 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir xanımların həyatında iş mühüm rol oynayır. İş xanımlara özünü cəmiyyətdə təsdiq etmək şansı verir, sözün əsl mənasında, müstəqilliyinə imkan yaradır. İşgüzar xanımları başqalarından fərqləndirən əsas cəhətlərdən biri də ofis stilidir.

Milli.Az bu yazıda oxucuları işgüzar xanımların dəbli payız-qış obrazının əsas xırdalıqları ilə tanış edir.

Ofisdə ciddi geyim qaydalarının olması o demək deyil ki, siz darıxdırıcı görünməlisiniz. Müasir dövr və həyat tərzi xanımlara artıq istənilən paltarı geyinməyə, o cümlədən, işgüzar üsluba bəzi əlavələr etməyə icazə verir.

Müasir qadınların işgüzar üslubu artıq əvvəlki kimi sərt deyil. İndi istənilən mağazadan çox rahatlıqla orijinal formada kostyum, ətək, ciddi şalvarlar, köynəklər tapa bilərsiniz.

İş xanımları ilə kişilərin ofis dress-kodu bir-birinə çox yaxın olsa da, qadınların işgüzar geyim qaydaları kişilərlə müqayisədə daha demokratikdir. Müasir xanımların işgüzar geyimi bir az qapalı, bir qədər təvazökar, amma olduqca müasir və cəlbedicidir. Məsələn, ciddi görünüşlü, amma qeyri-ənənəvi rəng tonu, klassik biçim və maraqlı (yaxalığın quruluşu, ciblərin forması, zərif broşlar) bir detal ola bilər. Qısası, işgüzar üslub sizə ciddiliyin və individuallığın ahəngini yaratmağa mane olmamalıdır.

Ciddi işgüzar kostyumları, adətən, bank və dövlət qurumlarında çalışan işçilər geyinirlər. Lakin artıq bu sahədə işləməyən qızlar da böyük məmnuniyyətlə kostyum geyinirlər. Dəb həftələrində qonaq qismində iştirak edən dəbsevərlər da ofis stilinə xas olan detallara biganə qala bilmir. Klyoş şalvarlar, klassik yubkalar.

Siz də ofis tərzi üçün çox şıq bir model seçin və kostyumun xanımlara çox yaraşdığını hər kəsə göstərin. Üstəlik, pencək və şalvar dəstini fərqli şəkildə kombinə etmək mümkündür. Həmçinin başdan-başa eyni rəng geyinməyin sizi daha hündür və incə göstərəcəyini də unutmayın. Bu baxımdan kostyumlar daha incə görünməyi arzulayan qadınlar üçün mükəmməl seçimdir. Müxtəlif neytral rəngli əşyaların bir dəstdə birləşməsi də güclü təsir bağışlamağa qadirdir.

Əgər hələ də ofis stilinin sıxıcı olduğunu iddia edirsinizsə, o halda bizim seçdiyimiz fotolara nəzər salın. İnanırıq ki, bu şəkillər fikrinizi dəyişdirəcək və sizi ruhlandıracaq. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.