Maraqlı

Ağıllı it sahibini ölümdən belə xilas etdi

22 Noyabr 2019 21:25
0 Şərh     Baxış: 1 281
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada yaşayan S.Herfein adlı qadın saxladığı iti sayəsində həyatda qalıb.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, qadın 2013-cü ildə öncə "xaski" cinsindən it alaraq sahiblənib. Həmişə sakit olan it son günlər özünü qəribə aparmağa başlayıb. Belə ki, davamlı sahibəsinə yaxınlaşan it özünü ona sürtərək  iyləyirmiş. Qadının sözlərinə görə əvvəl o buna fikir verməyib. Lakin itinin ağladığını görəndə təəccüblənib və şübhələnməyə başlayıb.

Az müddət sonra ağrıları başlayan qadın həkimə müraciət edib. Müayinə zamanı bəlli olub ki, onun qarnında bədxassəli şiş var və dərhal müalicə edilməlidir. Qadın, itinin həmişə onun qarnına sıxıldığını və sığalladığını bildirib.

Bununla da it sahibəsini 3 dəfə xəbərdar edərək onu ölümdən xilas edib. Araşdırmalar göstərir ki, itlərdə xərçəngə yoluxmuş qanı ayırd edə bilən intuisiya var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.