Maraqlı

Atom bombasından qat-qat güclü: Dünyanı gözləyən təhlükə

23 Noyabr 2019 16:42
1 Şərh     Baxış: 2 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

JF1 meteroiti Yer planeti ilə toqquşarsa Xirosimaya atılan bombadan 15 dəfə güclü təsiri olacaq.

Milli.Az Teleqraf.com-a istinadən bildirir ki, bu barədə ABŞ Milli Kosmik Agentliyi (NASA) açıqlama yayıb.

NASA bu dəfə dünyaya yaxınlaşmaqda olan meteroitin hərəkət istiqamətində dəyişiklik olmayacağı təqdirdə 2022-ci ildə planetimizə çatacağını bildirib.

JF1 adı verilən meteroit Misirdəki Xeops ehramı böyüklüyündədir.

2022-ci ilin mayın 6-da dünyaya ən yaxın məsafədə olacağı ehtimal edilən meteroitin Yerlə toqquşması nəticəsində 230 tonluq nüvə enerjisi gücündə təsir göstərə bilər. Bu faktiki olaraq Xirosimaya atılan bombadan 15 dəfə güclü təsir deməkdir.

Belə fəlakətli ssenari nəticəsində bir şəhərin tamamilə yox ola biləcəyini qeyd dən NASA mütəxəssisləri milyonlarla insanın həyatını itirəcəyini də əlavə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.