Maraqlı

Qadın sürücü avtomobili 2 metrlik çuxura belə saldı - VİDEO

22 Noyabr 2019 10:29
0 Şərh     Baxış: 2 831
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkədə minik avtomobilinin çuxura düşmə görüntüləri izləyənləri həm güldürüb, həm də kədərləndirib.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə noyabrın 19-da Braziliyada qeydə alınıb.

Kadrlarda, yolda torpaq yüklü yük maşınının keçdiyi və həmin anda iri bir çuxurun əmələ gəldiyi görülür. Bundan sonra bir minik maşını eyni yoldan hərəkət edir, sürücü yolun çökdüyünü görür və maşınını döndərərək birinci zolaqla hərəkət edir. Ardından da daha bir avtomobil gəlir, ancaq bu birinci sürücü kimi diqqətli olmur. "Honda City" markalı avtomobili 2 metr dərinlikdə olan çuxura salır.

Yerli mətbuatın məlumatına görə, çuxura düşən avtomobilin qadın sürücüsü ilə sərnişini kiçik sıyrıqlarla xəstəxanaya çatdırılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.