Maraqlı

Çağla Şikel erməni müğənniyə məhkəmədə qalib gəldi - FOTO

21 Noyabr 2019 20:00
5 Şərh     Baxış: 2 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Model-aparıcı Çağla Şikel erməniəsilli müğənni-aparıcı Artoya (Harutyan Dalqa) məhkəmədə qalib gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "mini ətəklə necə oturub-durmalı" mövzusunda video çəkən Çağlaya Arto sərt reaksiya göstərib. O, modelin İnstaqram paylaşımına "Sən əvvəlcə sinəni göstərməməyi öyrət" yazaraq Şikelin illər əvvəl podiumda və efirdə sinəsinin açılmasına eyham vurub.

Çağla bundan sonra Artonu məhkəməyə verib. Məhkəmə qərarına əsasən, Arto 3 ay Şikelə yaxınlaşa bilməyəcək.

Model məhkəmə qərarını İnstaqram səhifəsində paylaşaraq "Qadına hər cür şiddətə yox!" yazıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.