Maraqlı

Tam qaynadılmamış yumurtanı yemək olmaz! - ARAŞDIRMA

21 Noyabr 2019 22:05
0 Şərh     Baxış: 2 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsan sağlamlığı üçün ən önəmli protein qaynağı sayılan yumurtanı qızardıb yeyənlər olduğu kimi, soyutmasını yeyənlər də az deyil. Lakin bir çox insanlar soyutma yumurtanı ala-çiy xoşlayırlar.
 
Milli.Az medicina.az-a istinadən bildirir ki, yumurtanı ala-çiy yemək təhlükəlidır.  Araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta immunitet sistemi zəif olan insanlarda müxtəlif xəstəliklərə səbəb ola bilir.

Mütəxəssislərin fikrincə, çiy yumurtanın 2 zərəri var.

Birincisi, çiy yumurta orqanizmin B7 vitamini qəbuluna mane olur.
 
İkinci zərər isə brlə yumurtanın salmonella mikrobuna səbəb olmasıdır. Xüsusilə, immuniteti zəif olan insanlara çiy yumurtadan salmonella mikrobu daha tez keçə bilir.

Bəzi insanlar yumurtanı tam bişmədən, ala-çiy ona görə yeyirlər ki, tərkibindəki faydalı maddələr keyfiyyətini itirməsin, ancaq aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiy yumurta ilə bişmiş yumurta arasında bu baxımdan ciddi fərq yoxdur.

Odur ki, yuxarıda qeyd olunanlarla üzləşməmək üçün soyutma yumurtanı tam bişəndən sonra yemək məsləhət görülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.