Maraqlı

Bred Pitt yeni eşq yaşayır - Sevgilisinin adı Aliyədir - FOTO

21 Noyabr 2019 08:28
4 Şərh     Baxış: 2 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

55 yaşlı Hollivud aktyoru Bred Pitt "Yavaş inkişaf" serialı ilə tanınan aktrisa Aliyə Şövkətlə eşq yaşayır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Blast" nəşri yazıb.

Aktyorla sevgilisi arasında 25 yaş fərq var. Aprelin 18-də A. Şövkətin 30 yaşı tamam olub. Cütlük tez-tez müxtəlif tədbirlərdə bərabər görüntülənsə də, ehtimal olunan sevgi romanını şərh etmir.

Aliyə Şövkət ABŞ-ın Kaliforniya ştatının Riversayd şəhərində Dina Börk və İraqın Bağdad şəhərindən olan ərəb aktyor Toni Şövkətin ailəsində doğulub.

Qeyd edək ki, B. Pittin keçmiş həyat yoldaşı Ancelina Colinin də şəxsi həyatında dəyişikliklər yaşanır. Bu yaxınlarda o, naməlum biri ilə görüş vaxtı kameralara tuş gəlmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.