Maraqlı

İnsanı günah etməkdən saxlayan amillər

24 Noyabr 2019 22:15
0 Şərh     Baxış: 1 009
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanı günah işlətməkdən bir çox amillər saxlaya bilər ki, onların bəzisi ilə tanış olaq:

1. Etiqadi amillər. Əgər biz iman gətirsək və qəflətdən uzaq olsaq və bilsək ki, əməllərimizə nəzarət edən vardır - bu zaman çalışarıq ki, günahdan uzaq olaq. Bu, ona bənzəyir ki, bir sürücü radarın olduğunu bilir və çalışır ki, sürət həddi aşmasın ki, cəzalanmasın.

2. Allahın həmişə hazır olmasını bilmək. Bəzən elə olur ki, öskürməyimiz gəlir və biz xəlvətdə olan zaman buna görə xəcalət çəkmərik. Rahatlıqla öskürərik. Ancaq o zaman ki, yanımızda kimsə olar, onu narahat edən işlərdən çəkinməyə çalışarıq. İnsan əgər Allahın həmişə onun yanında olduğu həqiqətini qəbul etsə, günahdan uzaq olar.

3. Məsumların (ə) bizim əməllərimizdən xəbərdar olmaq həqiqətini qəbul etmək. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) davamlı olaraq bizim əməllərimizdən xəbər tutarlar. Yaxşı işlərimizə sevinər və pis işlərimizə görə bağışlanma istəyərlər. Hər kim bu həqiqəti bilər, onları qəmgin etməkdən çəkinər.

4. Bu dünya hesab-kitab üzərində xəlq olunmuşdur. Dünya hədəfli olaraq xəlq edilmişdir. Ona görə də bu hədəfə çatmaq, insan üçün əsil məqsəd olmalıdır. Hər kim bu həqiqəti qəbul edər - günahdan çəkinər. Çünki bu dünyadan sonra cəzalanacağını bilər.

5. Qiyamət günü bədən üzvlərinin şəhadət verməsi. İnsan bədəni Qiyamət günü sahibinin əleyhinə şəhadət verər. "O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər". ("Nur" 24).

6. Namaz qılmaq. "Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir". ("Ənkəbut" 45).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.