Maraqlı

Quranın nəzərinə görə kişi, öz xanımı və övladları ilə necə rəftar etməlidir?

24 Noyabr 2019 23:45
3 Şərh     Baxış: 2 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranın nəzərində bir insanın həyat tərzi ədalət, ehsan və ehtiram əsasında qorulmalıdır. Ətrafında olanlara qarşı zülm etməməlidir. Bu səbəbdən Həzrət Peyğəmbər (s) bütün müsəlmanları xoş əxlaqlı olmağa dəvət etmiş və bu mövzunun üzərində təkid etmişdir.

Allah Təala Quranda kişinin ailədəki rəftarı ilə bağlı buyurur: "Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar, onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz).

Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur". ("Nisa" 19).

Gözəl rəftar deyildikdə ağlın, ürfün və dinin bəyəndiyi rəftarlar nəzərdə tutulur. Yəni, hər nəyi ki, özünə qıyırsan, başqalarına da qıymalısan. Yəni, başqalarının səadəti - sənin üçün ilk sırada durmalıdır.

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlib deyir ki, sizdən elə bir əməl öyrənmək istəyirəm ki, onun vasitəsilə öz rəftarlarımı qiymətləndirə bilim. Özümü Allaha və behiştə görə hesaba çəkim.

Həzrət (s) cavabında buyurur ki, əsəbiləşmə və insanlardan heç nə tələb etmə. O şeyi ki, özün üçün bəyənirsən, insanlar üçün elə həmin şeyi bəyən.

Kişi ailədə gərək insafa riayət etsin. Yəni, rəftarı tərəzinin gözləri kimi, etidal halında olmalıdır. Necə ki, insan ticarət edən zaman çalışmalıdır ki, nə ona və nə də şərikinə ziyan dəyməsin, ailədə də o cürdür. Kişi öz xanımına ziyan dəyməsinə imkan verməməlidir. Ailədə etidal həddni qorumalıdır.

O zaman ki, insan ədalətli olar, pisliyə pislik və yaxşılığa yaxşılıqla cavab verər. Ancaq insaf belə deyildir. İnsan özünü başqasının yerinə qoyar və onun nə çəkdiklərini öz ruhu ilə hiss etmək istəyər. Öz-özünə deyər ki, əgər mən onun yerində olsaydım, mənimlə necə rəftar olunmasını istəyərdim? Elə bu zaman istəyər ki, insaf və ehsan qapısından daxil olsun. Qarşısındakı insanla qəlbi ilə rəftar edər. Bu həmin insaf qapısıdır ki, kişi ailədə ona riayət etməlidir.

Əmirəl-möminin (ə) buyurur: "Özün, ailən, yaxınların və o kəslər ki, onlara əlaqən vardır - onlarla insafla rəftar et. Dost və düşməninlə isə ədalətlə rəftar et".

Quran təlimlərində ehtiram ən üstün sifət kimi tanıdılmışdır. "Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır". ("Maidə" 8). Bu ayəyə əsasən ədalət - İlahi təqvanın ilk mərtəbəsidir.

"Əgər qadınları mehriyyə təyin etmiş olduğunuz halda, onlarla yaxınlıq etmədən boşasanız, (qadınların) özləri və ya nikahlama (ixtiyarı) əlində olan kəs (onun başçısı və ya mütləq vəkili) güzəşt etməsə, onda təyin etdiyinizin yarısı (sizin öhdənizədir). Sizin güzəşt etməyiniz (yəni mehriyyənin hamısını verməyiniz) təqvaya daha yaxındır. Öz aranızda ehsan və bəxşiş etməyi unutmayın ki, həqiqətən Allah etdiklərinizi görəndir". ("Bəqərə" 237).

Ehsan - İlahi təqvanın ikinci mərtəbəsidir. Hər kim bu iki mərtəbəyə malik olarsa, deməli ikram əhlindəndir. Belə bir insan həm əfv etməyi bacarar və həm də pisliyə yaxşılıqla cavab verər.

Beləliklə deyə bilərik ki, həqiqi mömin cəmiyyət içində özünü əxlaqlı və ədəbli halda nümayiş etdirdiyi kimi, ailədə də elə olmalıdır. Əfv etməyi bacarmalıdır. İnsafa və ehtirama əməl etməlidir. O ailədə ki, insaf olar - ehsan qapısı açıq olar və təqva özünü göstərər. Təqvalı insan insafı və ikramı sayəsində xoşbəxt ailəyə malik olar. Bütün ailə üzvləri onu sevər və o da ailə üzvlərinə sevgi və məhəbbət göstərər.

Belə bir insan səadətli ailənin təməlini qoyan və onu ayaqda möhkəm saxlayan şəxs olar. (Həvzəh)

Dinimiz bu cür rəftarı bəyənir və onu bütün davamçılarına tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.