Maraqlı

Lotereyada 135,8 milyon dollar udub

20 Noyabr 2019 21:04
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya sakini EuroMillions lotereyasının 135,8 milyon dollar məbləğində cek-potuna sahib olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə BBC yayım korporasiyası Birləşmiş Krallığın milli lotereyasının nümayəndəsinə istinadla məlumat yayıb. Bu, Britaniya adalarında alınmış biletlərin sahiblərinin cari ildə artıq altıncı uduşudur.

Oktyabrda Britaniya sakini EuroMillions lotereyasında krallıq tarixində rekord məbləğdə - 208 milyon dollardan çox pul udub. O, dərhal ölkənin ən varlı insanlarının The Sunday Times qəzeti tərəfindən tərtib edilən illik reytinqinə daxil olub. Cek-potun sahibi nəşrin 2019-cu il reytinqində müğənnilər Tom Consonu və Ed Şiranı qabaqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.