Maraqlı

Ayı avtomobilin qapısını açıb, maşının içində yuxuya getdi - VİDEO

20 Noyabr 2019 15:18
0 Şərh     Baxış: 2 790
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, təhlükəsizlik kamerasına düşən görüntülərdə ayının yol kənarında dayanan avtomobilə daxil olaraq, içərisində yuxuya getməsi əks olunub.

Kadrlar ABŞ-ın Kaliforniya ştatında Taho gölünün yaxınlığında çəkilib. Adam Armstrong adlı şəxs avtomobilini qapısı açıq vəziyyətdə qoyaraq yatmağa gedib.

O, ayılanda avtomobilinin qapısının açıq olduğunu görüb. Təhlükəsizlik kamerasına düşən görüntüləri izləyən kişi təəccüblənib.

Belə ki, görüntülərə görə meşə ayısı onun "Subaru" markalı avtomobilinin arxa sərnişin qapısını açaraq maşına daxil olub və orada yatıb.

"Səhər ayılanda gördüm ki, maşının qapısı açıqdı. Əvvəlcə qorxdum. Görüntülərə baxanda təəccübləndim. Amma maşına ziyan dəyməmişdi", - Adam Armstrong söyləyib.

Milli.Az maraqlı görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.