Maraqlı

"İlk dəfə idi ki, bu qədər insanın qarşısında lüt idim"

20 Noyabr 2019 16:13
1 Şərh     Baxış: 3 682
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Game of thrones" ( Taxt oyunları ) serialı ilə qısa zamanda şöhrət qazanan aktrisa Emili Klark ekran işindəki çılpaq səhnələri barədə açıqlama verib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 33 yaşlı aktrisa serialdakı çılpaq səhnələrə çəkildiyinə görə özünü günahkar hiss etdiyini söyləyib.

Aktrisa bildirib ki, rəhbərlərinin təkidi ilə bu səhnələrə çəkilib. O, lüt çəkildiyi səhnələrin xeyli vaxt aldığını və özgüvənini bərpa etmək üçün uzun müddət özü ilə "mübarizə" apardığını etiraf edib.

"Bu seriala qədər çəkiliş meydançasında bu vəziyyətdə olmamışdım. Bundan əvvəl 2 çəkiliş meydançasında olmuşam. Amma ilk dəfə idi ki, bu qədər insanın qarşısında lüt vəziyyətdəydim.

Mən bilmirdim ki, nə etməliyəm və bilmirdim ki. rejisssorlar, izləyicilər məndən nə tələb edirlər? Düşündüm ki, bu ilk mövsümdür və səhnələrin dəyişdirilməsini tələb etməyə haqqım yoxdur. Özümə dedim ki, çəkilişdən əvvəl ayaqyolunda saatlarla ağlayacağam, sonra qayıdıb və çılpaq səhnələrə çəkiləcəyəm" , - Emili açıqlamasında söyləyib.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.