Maraqlı

Teylor “10 illiyin qadını” seçildi

20 Noyabr 2019 10:09
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı pop ifaçı Teylor Svift "Billboard's Women in Music 2019" mükafatının "Onilliyin qadını" nominasiyasına layiq görüləcək dünyada ilk laureat olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" "Billboard" nəşrinə istinadən yazıb.

Mükafatlandırılma mərasimi dekabrın 12-də Los-Ancelesdə "The Hollywood Palladium" teatrında baş tutacaq.

Qeyd etmək lazımdır ki, Svift on dəfə "Qremmi" mükafatına layiq görülüb - onun beş albomu "Billboard 200" çartında ilk sıranı tutub, beş mahnısı isə ayrı-ayrı vaxtlarda "Billboard Hot 100"ə başçılıq edib.

Svift noyabrın 25-də baş tutacaq "American Music Awards 2019" mükafatlandırılma mərasimində də "Onilliyin artisti" adlandırılacaq.

Xatırladaq ki, ayrı-ayrı illərdə Sindi Loper, Janel Mone, Keysi Masqreyvs, Ariana Qrande və digərləri "İlin qadını" olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.