Maraqlı

Sən demə, soyuq havada maşını qızdırmaq olmaz

19 Noyabr 2019 22:29
1 Şərh     Baxış: 1 664

"Qışda avtomobilin mühərrikini mütləq qızdırın". Bu avto mütəxəssislərin ən dəyərli məsləhətlərindən biridir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, araşdırmalar müasir maşınlarda bu cür isitməyə ehtiyac olmadığını göstərir.

Əsas səbəblərdən biri budur ki, bir qram belə əlavə yanacağın küçəyə atılması ekoloji tarazlığı pozur. Bu, həm də qlobal istiləşmənin "dəyirmanına su tökmək" kimi bir şeydir.

Əslində ekoloqlar bu məsələdə haqlıdır. Çünki motorun qızdırılması üçün hər dəfə əlavə bir litr yanacaq sərf edilir. Hər səhər və axşam motorun 10-15 dəqiqə qızdırılmasının ekoloji və iqtisadi baxımdan nə qədər zərər verdiyini düşünün. Hər bir sürücü bilməlidir ki, əslində maşın hərəkət edəndə mühərrik daha sürətlə qızır, nəinki dayanıqlı vəziyyətdə. Üstəlik, dayanıqlı vəziyyətdə mühərrikin işləməsi həm iqtisadi baxımdan itkilərə, həm də avtomobilin hissələrinin zərər görməsinə səbəb olur.

Müasir maşınların əvvəldən qızdırılması motorun ömrünü qısaldır.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    zeka · 19 Noyabr 23:1720

    qisda her seher 6-7 deyqa qizdiram masini

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.