Maraqlı

Windows istifadəçiləri ən çox hansı Antivirusu işlədir?

22 Noyabr 2019 22:50
0 Şərh     Baxış: 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Internetdən çox istifadə edən birisinizsə mütləq təhlükələrdən qorunmağa ehtiyacınız var. Bunun üçün bir çox istifadəçi Antiviruslar istifadə edir. Lakin təhlükəsizlik bazarında bir çox Antivirus markası və şirkəti olduğuna görə bəzən hansı daha çox istifadə edilir ? sualına cavab tapmaq mümkün olmur. 

Milli.Az technote.az-a istinadən bildirir ki, OPSWAT adında kiber təhlükəsizlik şirkəti Windows istifadəçilərinin hansı antivirusları işlətdiyini öyrənmək üçün bir sıra testlər və sorğular apardı. Hər nə qədər Windows ilə birliktə Defender təhlükəsizlik proqramı gəlsə də istifadəçilər daha güclü və yaxşı antivirus proqramlarına üz tuturlar. Sorğu və testlərin nəticəsində aşağıda gördüyünüz qrafikə əsasən qalib Norton antivirusu olur. 

Nəticələrdən göründüyü kimi Symantec Corporation şirkəti Norton adlı antivirus proqramı ilə ən çox güvənilən və işlədilən proqrama sahibdir. Heç təəccüblü olmadığı kimi 2-ci sıraya Eset şirkəti yerləşib. Ölkəmizdə sevilən və uzun illər fəaliyyət göstərən Kasperky şirkəti isə 7.66% ilə ilk 5-likdə yerini qoruyub saxlaya bilir. Other(Digərləri) qismində göstərilən proqramlar isə yuxarıda bilinən şirkətlərin məhsullarından başqa proqramlar işlədən istifadəçiləri göstərir. Anlaşılan 14.73%-lik bir kütlə qrafikdə görünən şirkətlərə güvənmir, onun yerinə məhşur olmayan alternativlərdən istifadə edir. Qeyd edək ki, Windows ilə birliktə gələn Windows Defender siyahıya daxil edilməmişdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.