Maraqlı

Looking Glass 8K holoqrafik ekran hazırladı

22 Noyabr 2019 23:20
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu ilin əvvəlində Looking Glass Factory şirkəti tamamilə 3 ölçülü vizuallaşdıra bilən iş stansiyalarını təqdim etdmişdi. Şirkət indi də daha böyük və dərinlik meydana gətirə bilən holoqrafik TV ekranlarını tanıtdı. 32 düym böyüklüyündəki 7,680 x 4,320 həllolma əmsalına sahib ekran, 45 element işıq sahəsi texnologiyasını istifadə edir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, 7-10 sm-lik bir dərinlik təmin edə bilir. Looking Glass 8K texnologiyası satış, xəritələmə, tibbi görüntü və əyləncə tətbiqlərində istifadə edilə bilər. Sistem təchizat və proqramı sayəsində 60 Hz-də 33,2 milyon pikseldə 1,07 milyard rəngə çata bilir. Bundan əlavə, istifadəçilər VR və ya AR başlıq taxmadan tamamilə steroskopik 3D həqiqi görünüşlər alır. Hətta o qədər gerçəkdir ki, görünüşlərdə ekran daşıyırmış kimi görünür. Bu sayədə rentgen, tomoqrafiya, USM tibbi görüntüləri xəstələr və həkimlər baxımından çox daha aydın ola biləcək.

Diaqnoz və əməliyyatlarda da köməkçi ola bilər. İlk Looking Glass 8K təqdimatı bu həftə Digital Content Expo Yaponiyada olacaq. Sonra təqdimat modelləri Bruklin, Honqkonq, San-Fransisko və Tokioda sərgilənəcək. Firma keçən il minlərlə aləti satdı və Looking Glass 8K beta versiyası çoxdan bitdi. Bir sonrakı istehsalın ilkin sifarişləri indidən açıldı və 2020-ci ilin yazında göndərilməyə başlanacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.