Maraqlı

Xiaomi naqilsiz isidici stəkan təqdim etdi

22 Noyabr 2019 22:20
0 Şərh     Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinli texnologiya şirkəti Xiaomi, gündəlik həyata toxunduğu kiçik məhsullarına bir yenisini daha əlavə etdi. Şirkət, 10 W sürətli enerji dəstəyinə sahib naqilsiz enerji stansiyasıyla işləyən isidici stəkanını tanıtdı.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Çinin Xiaomi şirkəti artıq həyatımızın hər sahəsində tanımağa başladıq. Smartfon sahəsində əldə etdiyi müvəffəqiyyətin üzərinə gündəlik həyat üçün texnologiyalar yaradan şirkətin son məhsulu da olduqca maraqlı oldu.

Xiaominin yeni stəkanı, özünü davamlı 55 santigrat dərəcədə saxlaya bilir. Bunu edə bilməsi üçün lazımlı enerjini isə naqilsiz enerjidən alır. Xiaomi şirkəti hesab edir ki, bu üsul, ənənəvi su isitmə üsullarından çox daha etibarlıdır. Stəkanın istiləşməsini təmin etmək üçün naqilsiz enerji stansiyasına qoymaq kifayətdir.

Naqilsiz enerji ilə istilənən stəkan, dörd saat ərzində qeyri-aktiv halda qalsa, güc qənaəti təmin etmək üçün yuxu rejiminə keçir. Bununla yanaşı stəkanla birlikdə gələn naqilsiz enerji stansiyası, telefonunuzu da enerji ilə təmin edə bilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.