Maraqlı

Ən zərərli hesab edilən şirniyyatlar

22 Noyabr 2019 21:20
0 Şərh     Baxış: 1 642
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tibb elmləri namizədi, həkim-dietoloq Lyudmila Zotova, ən zərərli şirniyyatlar haqqında danışıb. Həkim ilk növbədə, fritürdə (yüksək temperatur dərəcəsinə çatdırılmış heyvan və ya bitki yağı) qızardılmış şirniyyatları misal çəkib. Bunlar ponçiklər, çak-çak, və buna oxşar yağda bişən şirnilərdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ziyanlılıq bişmələrdə sadə şəkərin çox olması ilə əlaqədardır. Bu yolla hazırlanan desertlər, həmçinin trans yağlara malikdir, daha sonra maya xəmir desertləri, üçüncü sırada isə şokolad batonlar və kremli tortlar yer tutur. Zotova, sağlamlıq üçün ən təhlükəli ləzzətli qidaları təyin etməyə kömək edən əsas qaydanı qeyd etmişdir. Onun fikrincə, şirin məhsulun tərkibi nə qədər mürəkkəb olsa, orqanizm üçün bir o qədər zərərlidir. Dietoloq mikrobiologiya baxımından, bütün zülallı və südlü desertləri insan üçün təhlükəli olduğunu bildirib. Onların tərkibinə xam yumurta ağları əlavə edilir ki, buda tam bişməyə bilər.

Həkim, ən təhlükəsiz desertləri də sadalayıb, bunların arasında marmalad, meyvə əsasənda şirin xəmirdən hazırlanmış şirniyatları və zefiri qeyd edib. Yeganə şərt budur ki, bunlar sintetik əvəzedicilərlə deyil, təbii aqarla hazırlanmalıdır. Qorxmadan, təbii tünd şokolad, meyvə cemi və bal yeyə bilərsiniz. Onun sözlərinə görə, seçim zamanı şokolad, meyvə cemi, zefir və bal kimi şirniyatları seçmək lazımdır, nəinki tərkibində çoxlu sayda maddələr olan şirniyatları. Alimlər bildirir ki, qısa müddətdə həddindən artıq şirnidən istifadə etmək bağırsaq iltihabı xəstəliyinə səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.