Maraqlı

Oğlanla qız nişanlı olduqları zaman kəbin kəsdiriblərsə...

22 Noyabr 2019 21:10
0 Şərh     Baxış: 2 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oğlanla qız nişanlı olduqları zaman kəbin kəsdirmişlər. Evləndikləri zaman toydan qabaq yenidən kəbin kəsdirmələri lazımdırmı?

Kişi ilə qadın (oğlanla qız) arasında kəsilmiş kəbin, tələb olunan şərtlər daxilində oxunmuşsa, qüvvədə sayılır. Kəbinin pozulması üçün tərəflərdən birinin ölməsi və ya kişinin qadına talaq verməsi lazımdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, yalnız talaq verildiyi təqdirdə, şəriətin icazə verdiyi hallarda yenidən kəbin kəsdirmək lazım gəlir. Əgər oğlanla qız nişanlı olduqları zaman tələb edilən qaydada kəbin kəsdirmişlərsə, bu kəbin qüvvədədir və toydan qabaq yenidən kəbin kəsdirməyə ehtiyac yoxdur. Qeyd edirik ki, kəbinin etibarlı sayılmasının mühüm şərtlərindən biri də qızın atasının razılığıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.