Maraqlı

Analytic stroke – Analitik gedişat

22 Noyabr 2019 22:15
0 Şərh     Baxış: 584
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sahibkarlar bazar araşdırması apararkən və müştərilərlə ünsiyyətə girərkən həmişə iki təhlükə mövcud olur. "Sadəcə et" məktəbinin davamçıları işə başlamaq üçün səbirsiz olurlar və öz strategiyalarını təhlil etməyə vaxt sərf etmək istəmirlər. Bundansa, müştərilərlə bir neçə primitiv söhbət sonrası dərhal işə başlamağı üstün tuturlar. Təəssüf ki, müştərilər həqiqətən nə istədiklərini bilmirlər deyə, bu cür sahibkarlar asanlıqla doğru yolda olduqları fikrinə düşürlər.

Milli.Az techland.az-a istinadən bildirir ki, başqa sahibkarlar isə planlarını sonsuza qədər yaxşılaşdırmağa çalışmaqla təhlil iflicinin qurbanına çevrilə bilərlər. Bu halda müştərilərlə ünsiyyət qurmaq, araşdırma hesabatlarını oxumaq və lövhələrdə strategiyalar qurmaq - hamısı eyni dərəcədə faydasızdır. Əksər sahibkarların planlarının problemli cəhəti onların strateji prinsiplərə uyğun olmaması yox, əsas götürdükləri faktların yanlış olması olur. Təəssüf ki, əksərən, bu cür yanlışlar lövhələrdə gözə çarpmır, çünki onlar məhsulla müştəri arasındakı incə əlaqələrdən asılıdır.

Həddən artıq təhlil aparmaq təhlükəlidirsə və onların heç biri uğura aparmırsa, sahibkarlar artıq təhlil aparmağı dayandırıb isşə başlamağın vaxtı gəldiyini başa düşürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.