Maraqlı

TikTok'un sahibi ByteDance şirkəti öz musiqi servisi üzərində çalışır

21 Noyabr 2019 22:55
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur TikTok servisinin sahibi olan ByteDance şirkəti özünün musiqi servisini istifadəyə verməyi planlaşdırır. Bu barədə Financial Times saytı xəbər verib. Məlumatda qeyd edilib ki, istifadəyə veriləcək yeni servis özündə qısa videoklipləri birləşdirəcək və həmin videoklipləri musiqilər ilə sinxronlaşdırıb dostlar ilə bölüşmək mümkün olacaq.

Milli.Az technote.az-a istinadən bildirir ki, bu servisin aylıq abunəlik haqqı 10$-dan aşağı olacaq. Bu isə Spotify, Apple Music və digər servislərdən daha ucuz başa gəlir. Məlumata əsasən ByteDance öz servisi üçün musiqi kataloqlarının lisenziyalaşdırılması üçün Sony, Universal və Warner şirkətləri ilə danışıqlar aparır. Güman edilir ki, yeni musiqi servisi gələn ay Braziliya, Hindistan və İndoneziya kimi ölkələrdə istifadəyə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.