Maraqlı

Avstraliyanın aviasiya şirkəti 19 saatlıq uçuş həyata keçirəcək

21 Noyabr 2019 21:50
0 Şərh     Baxış: 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın "Qantas Hava Yolları" şirkəti aviasiya tarixində ən uzun kommersiya uçuşunun sınaqlarına başlayıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, aviaşirkətə məxsus "Boeing 787-9 Dreamliner" markalı sərnişin təyyarəsi Böyük Britaniyanın paytaxtı Londondan Avstraliyanın Sidney şəhərinə 19 saatlıq uçuş həyata keçirəcək. Hitrou Beynəlxalq Hava Limanından qalxacaq avialayner 100 ton yanacaqla, 17 800 km yol gedəcək və 50 sərnişin daşıyacaq. 4 pilotun həyata keçirəcəyi uçuşda Avropa ölkələrinin, Rusiya, Qazaxıstan və Çinin hava məkanından istifadə olunacaq.

Səyyahət zamanı mütəxəssislər uçuşun pilotlar və təyyarə bələdçilərinə, eləcə də sərnişinlərə təsirini müşahidə edəcəklər. Təyyarənin istehsalçısı olan ABŞ-ın "Boeing" şirkəti isə uçuş barədə əldə olunacaq məlumatları təhlil edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.