Maraqlı

Marixuana satışında şübhəli bilinən iş adamı həbs edilib

21 Noyabr 2019 21:40
0 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cirque du Soleil-in qurucusu Guy Laliberté Fransa Polineziyasında saxlanılıb. Le Figaro xəbər verir ki, o, öz şəxsi adasında marixuana əkib-becərməkdə təqsirləndirilib. Vəkili isə onun otu tibbi məqsədlər üçün istifadə etməsi barədə məlumatı təsdiqləyib.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, bir neçə həftə bundan əvvəl Laliberté-nin qohumu saxlanılıb və onun üzərindən narkotik götürülüb. Telefonunda isə sirkin qurucusunun plantasiyasının şəkilləri aşkarlanıb.

Laliberté-nin özünü isə təyyarədə həbs ediblər. Onun marixuananı yayıb-yaymaması araşdırılır.

Qeyd edək ki, sözügedən iş adamı əvvəllər Kanadada tibbi marixuanaya yatırım edib. Marixuana ölkədə 2018-ci ilin oktyabrında  qanuniləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.