Maraqlı

“VKontakte” sosial şəbəkəsi rəylərə “dislike” funksiyasını əlavə edəcək

21 Noyabr 2019 22:20
0 Şərh     Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"VKontakte" sosial şəbəkəsi 2020-ci ilin əvvəli yeni funkiyanı işə salacaq. Belə ki, gələn ilin əvvəllərindən etibarən, adıçəkilən sosial şəbəkənin istifadəçiləri digər istifadəçilərin rəylərini "dislike" etmək imkanı qazanacaqlar. Bu barədə sosial şəbəkə nümayəndələri VK Content Day konfransında açıqlama veriblər.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, nümayəndələrin sözlərinə görə, "dislike" etməklə istifadəçilər həmin rəyləri yazanlarla həmfikir olmadıqlarını onlarla açıq müzakirəyə qoşulmadan bildirmək imkanı qazanacaqlar.

Qeyd edək ki, oxşar funksiya YouTube-da da var. Digər sosial şəbəkələr isə istifadəçilərin rəylərini "dislike" etməyə icazə vermirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.