Maraqlı

Ekspertlər ucuz smartfonların təhlükəsi barədə məlumat veriblər

21 Noyabr 2019 07:11
0 Şərh     Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kryptowire" şirkətinin mütəxəssisləri "Android" mobil sisteminin idarəetməsi altında işləyən ucuz smartfonlarda 146 yeni boşluq aşkar ediblər. Bu haqda "Wired" portalı yazıb.\

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Kryptowire" şirkəti 29 istehsalçının smartfonu üzərində genişmiqyaslı yoxlama aparıb və məlum olub ki, öncədən quraşdırılmış proqramlarda 146 boşluq mövcuddur.
 
Məlumata görə, bu boşluqlar hakerlər tərəfindən məlumatların oğurlanması və başqa zərərverici fəaliyyət məqsədilə istifadə edilə bilər. Məsələn, həmin boşluqların köməyi ilə cinayətkarlar mikrofona müdaxilə edərək cihazın sahibinin danışığını dinləyə, hətta smartfon sisteminə hüquq əldə edə bilər.
 
"Öncədən quraşdırılmış proqramların kodu sistemdə gizlədildiyinə görə istifadəçi funksionallığı pozan mobil proqramı silmək üçün heç nə edə bilmir" - "Kryptowire" şirkətinin baş direktoru Anqelos Stavru izah edib.
 
Onun sözlərinə görə, istehsalçılar ucuz qurğular hazırlamaq üçün proqram təminatının keyfiyyət standartlarını aşağı salmalı olurlar ki, bu da son nəticədə istifadəçini təhlükə qarşısında qoyur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.