Maraqlı

Milyonlarla “Android” smartfonunun sahibi təhlükə qarşısındadır

21 Noyabr 2019 08:11
0 Şərh     Baxış: 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Android" sisteminin idarəetməsi altında işləyən qurğularda istifadə olunan "Qualcomm" prosessorlarında istifadəçilərin məlumatını oğurlamağa imkan verən boşluq aşkar edilib. Bu haqda "CheckPoint" şirkətinin mütəxəssisləri məlumat veriblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, aşkar edilmiş boşluqlar parol, kart məlumatları və şifrləmə açarları kimi vacib məlumatları qoruyan "Qualcomm Secure Execution Environment" sahəsinə aiddir. Nəticədə cinayətkarlar yalnız məxfi məlumatları ələ keçirməklə kifayətlənmir, həm də qurğuya müdaxilə edə bilərlər.

Mütəxəssislər sınaqlar zamanı "Samsung", həmçinin "LG" və "Motorola"nın aparatlarında yalnız 4 problem aşkar ediblər. "CheckPoint" şirkətinin mütəxəssisləri boşluqlar haqqında məlumatları şirkətlərə göndəriblər, onlar da öz növbəsində həmin problemləri aradan qaldırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.