Maraqlı

“5G” xidmətlər bazarında "fenomenal artım" gözlənilir

21 Noyabr 2019 08:05
0 Şərh     Baxış: 513
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ildə kommersiya tipli "5G" xidmətlər bazarı populyarlaşacaq. Bu, beşinci nəsil şəbəkələrin "FWA 5G" (fixed wireless access) sabit simsiz giriş üçün yaratdığı imkanlarla izah edilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Digitimes Research"in analitikləri belə proqnozla çıxış ediblər. Onlar yeni "4G LTE" şəbəkələrinin sayının durmadan artmasına baxmayaraq "5G" xidmətlər bazarının fenomenal yüksəlişinə əmindirlər.

2019-cu ilin oktyabrına olan məlumata görə, dünyanın 26 ölkəsində 46 operator "5G" şəbəkələrinin kommersiya istismarına başlayıb. "GSA" assosiasiyasının məlumatına görə, ilk mərhələdə istifadəyə verilmiş "5G" şəbəkələrinin sayı "4G LTE" texnologiyasının analoji göstəricisini 3 dəfə qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.