Maraqlı

Apple iPhone smartfonlarından nə qədər gəlir əldə edib?

21 Noyabr 2019 08:46
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Apple şirkətinə ən çox gəlir qazandıran iPhone smartfonları olub.

Milli.Az fed.az-a istinadən xəbər verir ki, bu haqda Apple-ın məlumatında deyilir.

Eləcə də bax: "Huawei" və "Samsung" "uçur", "Apple" geriləyir - SMARTFON BAZARI

Şirkət bu ilin 4-cü rübündə iPhone-dan 33,362 milyard dollarlıq gəlir əldə edib. Eyni zamanda, şirkət iMac kompüterlərindən 6,991 milyard dollar, iPad planşet kompüterlərindən isə 4,656 milyard dollar qazanıb.

Qeyd edək ki, rüb ərzində şirkətin səhmlərinə olan dividentlər 21 milyard dolları keçib.

Şirkətin analitikləri 2020-ci ilin birinci rübündə gəlirinin 85.5 və ya 89.5 milyard dollar olacağını proqnozlaşdırır. Həmçinin əməliyyat xərclərinə 9.6 və ya 9.8 milyard dollar arasında vəsait xərcləyəcəyini təmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.