Maraqlı

Marsda canlı həyat başqa ərazidə axtarılacaq

22 Noyabr 2019 07:31
1 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Marsın Ezero kraterində mikroorqanizmlər yaşaya bilər.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, kraterdə çoxsaylı karbonat tapılıb və bu karbonatlar yerdəki tikinti materiallarına bənzəyir.
"Mars Reconnaissance Orbiter" aparatının vasitəsilə əldə edilən spectral analizin nəticələri bunu deməyə əsas verir. Analizdən sonra məlum olub ki, kraterin qərb hissəsində karbonat yataqları var. Qeyd etmək lazımdır ki, bakteriyalar su hövzələrinin kənarında karbonat ehtiyatı yığırlar.
Ezero krateri Marsın şərq yarımkürəsində, Qeyl kraterindən 3 min km şimali-qərbdə yerləşir. Tədqiqatçıların fikrinə görə, 4 milyard il əvvəl krater su ilə dolu olub. Krater 2007-ci ildə kəşf edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.