Maraqlı

Tesla-nın Avropadakı ilk müəssisəsinə yatırımları açıqlanıb

22 Noyabr 2019 07:51
0 Şərh     Baxış: 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "Tesla" şirkəti Berlində tikiləcək Avropadakı ilk müəssisəsinə 4,4 milyard avro yatırmaq niyyətindədir.

Milli.Az chip.az-a istinadən bildirir ki, yeni müəssisədə ildə 150 minədək elektromobil, habelə akkumulyatorlar istehsal olunacaq. Müəssisədə ilkin olaraq 3 min, sonradan 7 minədək işçi çalışacaq.

Qeyd edək ki, "Tesla"nın sahibi Elon Mask ötən həftə "Bild am Sontag" və "Auto Bild" nəşrlərinin himayəsilə keçirilən illik "Qızıl sükan" müsabiqəsi mükafatlarının təqdimat mərasimində Avropada ilk istehsalat müəssisələrinin tikiləcəyini açıqlamışdı. "Twitter"dəki səhifəsində iş adamı həmçinin Berlində şirkətin layihə konstruktor bürosunun da yaradılacağını bildirib.

Onu da qeyd edək ki, Berlin müəssisəsi "Tesla"nın sayca dördüncü, xarici ölkələrdə isə Şanxaydakı üçüncü müəssisəsədən sonra ikinci müəssisəsi olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.